Mesaj yazdığına görə qurban getdi

mesaj-yazdigina-gore-qurban-getdi-
Oxunma sayı: 659

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, 18 yaşlı Taylor Sauer Facebookda “maşın sürərkən Facebookda mesaj yazmaq təhlükəlidir. Ha ha ha!” yazdıqdan bir neçə saniyə sonra qəzada can verib.

Taylor Sauer Utah Dövlət Universitetindən valideynlərini görməyə gedərkən 4 saatlıq yolda hər 90 saniyədən bir mesaj yazıb.

Sauer sonuncu mesajını yazdıqdan az sonra saatda 130 km sürətlə bir yük avtomobilinin altına girərək faciəli şəkilədə ölüb.