Məscid 30 avroya kilsəyə satıldı

mescid-30-avroya-kilseye-satildi
Oxunma sayı: 664

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, İspaniyada Əndəlüs dövlətindən qalma ən möhtəşəm tarixi-memarlıq əsərlərindən olan Kordova məscidinin 30 avro müqabilində kilsənin mülkiyyətinə keçirildiyi ortaya çıxarılıb.

İspaniyanın “Publico” qəzetində mövzu ilə bağlı dərc olunan məqalədə bünövrəsi 780-ci ildə I Əbdürrəhman tərəfindən qoyulan məscidin 2006-cı ildə kilsənin mülkiyyətinə verilməsinin oğruluq olduğu bildirilərək, hökumət və kilsə kəskin dillə tənqid olunub.

Məqalənin müəllifi İqnasio Eskolar 1998-ci ildə o vaxtkı Baş nazir Xose Maria Aznarın ipoeteka haqqında qanunda dəyişiklik etdikdən sonra kilsənin ictimai binaları şəxsi mülkiyyətə keçirmək hüququ əldə etdiyini yazıb. Məqalədə kilsəyə çevrilən məscidin məsrəflərinin dövlət tərəfindən qarşılandığı da bildirilib.

Məlumat üçün deyək ki, hər il bir milyondan çox turistin ziyarət etdiyi Kordova məscidinə giriş üçün 8 avro ödənilir.