Məsciddə baş verən yanğında bir nəfər öldü

mescidde-bas-veren-yanginda-bir-nefer-oldu
Oxunma sayı: 671

Hadisə yerinə Astananın bütün yanğınsöndürən qarnizonu cəlb edilib.

Məscidin günbəzində baş verən yanğını nəzarət altına almağa müvəffəq olsalar da, onu hələ söndürə bilməyiblər. Yanğın nəticəsində 1 nəfərin öldüyü bildirilir. Alov 800 kvadrat metr ərazini əhatə edib.

Qeyd edək ki, "Həzrət Sultan" məscidini 2011-ci il dekabrın 16-da Qazaxıstanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar istifadəyə verilməsi planlaşdırılsa da, prezident Nursultan Nazarbayev tikinti işlərinin 1 il də davam etdirilməsinə qərar vermişdi.

anspress