Məscidə yəhudi bayrağı asdılar

mescide-yehudi-bayragi-asdilar
Oxunma sayı: 681

“Alquds” saytına açıqlama verən Əl Xəlil şəhəri vəqflər idarəsinin rəhbəri Zeyd əl Cabiri bunun təxribat olduğunu deyib: “Müsəlmanların ən müqəddəs məbədlərindən biri olan “İbrahim” məscidinə İsrail bayrağı asıblar. Müsəlmanlar üçün böyük dini əhəmiyyəti olan məscidə İsrail bayrağı asmaq bölgədə insanları təxribata çəkmək məqsədi daşıyır”.

Qeyd edək ki, fevralda İsrail təhlükəsizlik qüvvələrinin cümə namazı vaxtı Məscidi Əqsaya hücumu nəticəsində bir nəfəri türk olan 10 nəfər xəsarət almışdı.

Xatırladaq ki, Əl Xəlil şəhərindəki İbrahim məscidi müsəlmanlar üçün Məkkədəki Məscidül-i Həram və Mədinədəki Məscidün-Nəbidən sonra müqəddəs qəbul edilən məkanlardandır.

anspress