Məscidi yerlə yeksan etdilər

mescidi-yerle-yeksan-etdiler
Oxunma sayı: 712

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məscid fəhlələr tərəfindən xüsusi texnika vasitəsi ilə kompleksin rekonstruksiyası zamanı uçurulub. Müsəlmanların Mərkəzi Dini idarəsinin birinci sədr müavini, Moskvanın və Rusiyanın Mərkəzi regionunun müftisi Albir Krqanov məscidin yerlə-yeksan edildiyini deyib. Məscidin 11 sentyabr günü dağıdılmasına təəccübünü ifadə edən Krqanov “ABŞ-da baş verən terror aktından düz 10 il sonra Moskva da öz faciəsini yaşadı” sözlərini işlədib.

Qeyd edək ki, məscidin yenidən bərpası 2005-ci ildən başlayıb. Məscidlərin rekonstruksiyasını həyata keçirən “Mədəni İrs üzrə komitənin” Moskva baş məscidinin heç bir tarixi dəyər daşımadığını qeyd etmişdi. Lakin uzun müzakirələrdən sonra mütəxəssislər köhnə binanın kompleks bərpası qərarına gəliblər. Rusiya müftilər şurasının rəhbəri Ravil Qaynutdinin sözlərinə görə, tarixi məscidin dağıdılması Rusiyanın mərkəzləşdirilmiş islam dini təşkilatlarının, həmçinin Müsəlmanların mərkəzi dini idarəsinin və digər təşkilatların kəskin tənqidinə səbəb olub.

Məscid 1904-cü ildə məşhur tatar mesenatı, tacir Saleh Erzinin hesabına tikilib. Müxtəlif vaxtlarda buraya İndoneziya prezidenti Əhməd Sukarno, Misir prezidenti Camal Abdel Nasir və Liviya lideri Müəmmar Qəddafinin səfər etdiyi deyilir.

Səidə