Məscidlərdəki gizli kamera aranı qarışdırdı

mescidlerdeki-gizli-kamera-arani-qarisdirdi
Oxunma sayı: 656

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, bu çəkilişlərdən aydın olub ki, məscidlərdə xütbə oxuyan imamların bəziləri çoxarvadlılığı təbliğ edirlər.

İsveçlilər ölkəyə əcnəbi dövlətlərdən gələn imamların əvəzinə öz universitetlərində təhsil almış din xadmlərinin çalışmasını gərəkli bilirlər.

Başda Stokholm olmaqla İsveçdə daha çox ərəb ölkələrindən gələn müsəlmanların ibadət etdiyi və bu ölkələrdən olan imamların xütbə oxuduğu məscdilərdən çəkilən videogörüntülər SVT1 televiziyasında ekrana gətirilib.

Çoxu gilzi kamerayla çəkilən görüntülərin yayımlanmasından sonra İsveçin inteqrasiya naziri Erik Ullenhag verdiyi açıqlamada qadını xor görən və ölkə qanunlarının diqqətə alınmadığı görüntüləri çaşqınlıq içərisində izlədiyini söyləyib.

Nazir İsveç qanunları ilə qadağan olunan çoxarvadlılığı təbliğ edən imamlara bu qanuna əməl etmələrini tövsiyə edib. Nazir Ullenhag din xadimlərinə İsveçdəki universitetlərdə təhsil verilməsinin vacbliyini qeyd edib.