Məscidlərdən azan yerinə musiqi verildi

mescidlerden-azan-yerine-musiqi-verildi
Oxunma sayı: 661

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, kənd və qəsəbələrdə namaz vaxtı azan yerinə yunan mahnıları oxunur. Yaranan problemlə bağlı bölgəyə Türkiyədən mütəxəssislər göndərilib.

QKTC-də imam-camaat çatışmazlığı səbəbindən mərkəz sistemdən oxunan azan frekasına yunanlar girib. Türk tərəfindəki 182 məsciddən bəzilərinə yunanlar radio siqnalı göndərincə ara qarışıb. Namaz saatlarında bəzi qəsəbə və kəndlərdəki məscidlərdən azan yerinə yunanca danışıqlar və musiqilər yüksəlib. Mövzu kənd sakinləri tərəfindən QKTC-nin Din İşlər Nazirliyinin gündəliyinə gətirilib. Müvafiq qurum mütəxəssis göndərilməsi üçü Türkiyəyə müraciət edib.

QKTC tanınmamış dövlət olduğu üçün özünün frekası yoxdur. Türk tərəfi yunanlardan məscidlərdə verilən azanlara müdaxilə etməməyi xahiş edib.