Məscidlərə hücum edilir

mescidlere-hucum-edilir
Oxunma sayı: 636

İngiltərədə türklərin sıx məskunlaşdığı İslinqton rayonundakı İngiltərə Kipr Türk Dərnəkləri Konfederasiyasının binasına “molotov” kokteyli ilə hücum edilib. Ölən və ya yaralananların olmadığı hücumda binanın pəncərələrinin sındırıldığı xəbər verilib.

Xəbərlərdə dünən sözügedən rayondakı “Validə Sultan” məscidinə hücum ediləcəyinə dair xəbər alan krallıq polisinin məscidin qarşısını gecə boyu nəzarətə götürdüyü bildirilib.

Habelə, xəbərlərdə bir neçə gün əvvəl paytaxt Londonun şimalında türkiyəli mühacirlərin yaşadığı rayondakı məscidlərdən birinə yandırıcı maddə olan “molotov” kokteylinin atıldığı da öz əksini tapıb. Krallıq mətbuatı paytaxtın Vud Qrin səmtindəki “Fateh” məscidinin də yandırıcı maddələrlə hücuma məruz qaldığını yazıb.

Mövzu ilə bağlı xəbərlərdə İngiltərədə daha çox türklərin getdiyi məscidlərlə yanaşı, onlara məxsus qurumların binalarına və mətbu orqanlara da “molotov” kokteylli hücumların edildiyi qeyd edilib.

İngiltərəli siyasi müşahidəçilər sözügedən hücumların PKK terror təşkilatı və ingilis millətçi xuliqanların yaratdığı İngiltərə Müdafiə Liqasının üzvləri tərəfindən törədildiyini ehtimal edirlər.

islamazeri