Məşhur aktrisa Bakcell-in siması oldu

meshur-aktrisa-bakcell-in-simasi-oldu
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı şirkətin bu gün təşkil etdiyi təqdimatda bildirilib.
D. Əliyeva Bakcell-in DoğmaCİN tarif planının daha geniş əhali kütləsinə çatdırılması üçün reklam kampaniyasının əsas qəhrəmanıdır. Onun iştirakı ilə arıq Gəncə, Lənkəran və Şəkidə reklam çarxları çəkilib.

Təqdimatda D. Əliyeva Bakcell-in rəhbərliyinə ünvanladığı “Niyə məni seçdiniz?” sualına şirkətin Marketinq direktoru Aynur Abjanova belə cavab verib: “Regionlarda əhali arasında keçirdiyimiz sorğunun nəticələrinə görə, siz respondentlər tərəfindən ən məşhur və inanılan incəsənət nümayəndəsi kimi qiymətləndirildinizş Ona görə də seçimimiz siz oldunuz”.

Layihə çərçivəsində D. Əliyeva ən ucqar regionlar daxil olmaqla respublikanın 9 bölgəsinə səyahət edəcək, yerli əhali ilə təmasda olacaq və DoğmaCİN tarifinin üstünlüklərini nümayiş etdirəcək, onlara Cin nömrə və kontur kartı hədiyyə edəcək.

Qeyd edək ki, xüsusi olaraq regionlarda yaşayan əhali üçün yaradılan DoğmaCİN tarif planı əhalinin dəqiqəsi 2 qəpiyə danışmasına imkan yaradır.

Nigar Məmmədli