Məşhur aparıcı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri oldu

meshur-aparici-neftcinin-metbuat-xidmetinin-rehberi-oldu
Oxunma sayı: 788

“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, “Neftçi”də kadr dəyişikliyi baş verib. Bir müddətdir ki, “Neftçi” jurnalının baş redaktoru vəzifəsində çalışan və hamının ANS-in idman şərhçisi kimi tanıdığı Gündüz Abbaszadə bundan sonra klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, buna qədər “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə Elnur Əşrəfoğlu rəhbərlik edib. Gündüz Abaszadə isə ANS telekanalında çalışıb.