Məşhur balerina müxalifətə qoşuldu

meshur-balerina-muxalifete-qosuldu-
Oxunma sayı: 669

Balerina baş nazir Putinin partiyasından istefa verməsinin səbəbini belə izah edib: "Vahid Rusiya partiya deyil, cinayətkar şəbəkədir. Partiyaya üzv olarkən bunun fərqində deyildim”.
Voloçkova Putinin sonunun Hüsnü Mübarək kimi ola biləsəyinə də işarə edib: “Hüsnü Mübarək də illərlə iqtidarda qaldı və işlərin olduğu kimi davam edəcəyini düşündü. Ancaq xalq onu devirdi. Bunun Rusiyada da reallaşması tamamilə mümkündür".
Qeyd edək ki, Voloçkova Vahid Rusiya Partiyasına 2003-cü ildə qoşulub, lakin 2011-ci ilin əvvəllərindən partiya ilə əlaqələrində problem yaranıb. O zaman balerina şəxsi bloqunda yazmışdı ki, onu aldadaraq YUKOS-un həbsdə olan rəhbəri Mixail Xodorkovskinin əleyhinə olan ərizəyə imza atdırıblar.

azadlıq.info