Məşhur futbolçu Sarkoziyə meydan oxudu

meshur-futbolcu-sarkoziye-meydan-oxudu
Oxunma sayı: 651

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, əfsanəvi futbolçu bununla belə Yelisey sarayında yer uğrunda mübarizədən daha çox ictimaiyyətin diqqətini Fransanın ağır sosial-iqtisadi problemlərinə diqqət çəkmək niyyətindədir. Kantona artıq imza toplama kampaniyasına başlayıb. Liberation nəşri Kantonanın Fransanın müxtəlif şəhər meriyalarına göndərdiyi məktubun mətnini dərc edib. Fransa konstitusiyasına əsasən prezident seçkilərində istənilən namizədin yerlərdə 500 seçicinin dəstəyini qazanması şərtdir.

Kanton öz müraciətində xatırladır ki, o, peşəkar fəaliyyətindən əlavə müasir dövrü diqqətlə izləyən vətəndaşdır.

Qeyd edək ki, Fransada prezident seçkiləri bu ilin yazında keçiriləcək.

Səidə