“Məşhur idmançını gizlicə otağıma saldım” - Fotosessiya

meshur-idmancini-gizlice-otagima-saldim-fotosessiya
Oxunma sayı: 1182

İyulun 27-də start veriləcək London Yay Olimpiya Oyunlarında iştirak edəcək 10500 idmançıya 150 min prezervativ paylanacaq.

“Qafqazinfo”nun verdiyi məlumata görə, bu, 17 gün ərzində hər idmançıya 15 qoruyucu düşdüyünü göstərir.
ABŞ qadın futbol yığmasının qapıçısı Houp Solo isə bu addımı dəstəkləyib: “Olimpiada zamanı sekslə çox məşğul olurlar. Mən əvvəlki yarışlarda belə hallarla çox rastlaşmışam. İdmançıların hətta çəmənlikdə - hər kəsin gözü önündə bunu etdiyini görmüşəm. Pekin Olimpiadasında özüm də bir məşhur idmançını heç kimin xəbəri olmadan otağıma salmışdım”.

Qeyd edək ki, bu, Yay Olimpiya oyunları tarixində rekord göstəricidir. 1992-ci ildə Barselonada 50 min, 2000-ci il Sidney Olimpiadasında isə 90 min qoruyucu paylanıb.