Məşhur jurnalistimiz cizgi filmində

meshur-jurnalistimiz-cizgi-filminde-
Oxunma sayı: 668

Bu barədə “Qafqazinfo”ya “Kainatfilm” Kino Şirkətinin təsisçisi və baş direktoru Süleyman Fərzəliyev məlumat verib. S. Fərzəliyevin sözlərinə görə, İran istehsalı olan 26 seriyadan ibarət “Rəngli karandaşlar” cizgi filminin səsləndirilməsində bəzi səslərə ehtiyac olub və o da bir vaxtlar birgə çalışdığı Ülkər Qasımovanın səsini həmin cizgi filminə uyğun bilib: “Ülkərlə çalışdığım vaxtlarda onun müxtəlif səsləri çıxarmaq bacarığı olduğunu bilirdim. Odur ki, ona təklifimi bildirdim. Gəldi sınaqdan keçdi və uğurlu alındı. Artıq səsyazmaya başlamışıq. Hətta qərara gəlmişik ki, Ülkərlə işbirliyimizi davam etdirək. Onun bu bacarığından çoxseriyalı filmlərin səsləndirilməsində də istifadə edəcəyik”.

S. Fərzəliyev qeyd edib ki, “Rəngli karandaşlar” cizgi filmi uşaqlara vətənpərvərliyi, sevgini aşılayan maarifləndirici mövzudadır. Burada hər karandaş bir şəxsiyyəti canlandırır. Pislik, xeyirxahlıq rənglərin dili ilə simvolizə olunur. Ü. Qasımova bu filmdə qəhvəyi və qırmızı rəngli karandaşları səsləndirəcək.

S. Fərzəliyev onu da əlavə edib ki, yaxın günlərdə “Nənənin evi” adlı çoxseriyalı cizgi filminin dublyajına başlayacaqlar.

Qeyd edək ki, “Kainatfilm” Kino Şirkətinin filmlərinin səsləndirilməsində Azərbaycan Dövlət Akademik Dram, Gənc Tamaşaçılar və “Yuğ” Teatrlarının tanınmış aktyor və aktrisaları ilə əməkdaşlıq edir.

Nigar Məmmədli