“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi tədbirə müğənni Candan Erçətin də dəvət olunub. Lakin Erçətinin cavabı partiya üzvlərini şok edib. Belə ki, məşhur müğənni deyib ki, baş nazirin olduğu yerdə heç vaxt mahnı oxumayacaq.
Hadisəni “Bu gün” qəzetinin yazarı Aykut İşıklar danışıb: “Hadisə yeni deyil. May ayında baş verib. İzmirdəki Balkan İmmiqrantlar Dərnəyi bir tədbir keçirib. Tədbirə baş nazir Rəcəb Tayyib Ərdoğan da dəvət edilib. Müğənnilərdən isə Candan Erçətin tədbirə dəvət olunub. Ona deyilib ki, tədbirə baş nazir də qatılacaq. Erçətin isə bunun cavabında bildirib ki, “Mən baş nazirin olduğu yerdə mahnı oxumaram. Mən Atatürkçüyəm. AKP mənim ideologiyama ziddir”.
Aynur