Məşhur oğru Bakıda tutuldu

meshur-ogru-bakida-tutuldu
Oxunma sayı: 654

Əsil adı Koba Kvaxadze olan avtoritet gürcü əsilli olsa da Rusiyada yaşayırdı və kriminal aləmdə tanınmış şəxslərdən olub. crimerussia.ru-nun yazdığına görə, aparılan axtarış zamanı avtoritetin üzərindən narkotik maddə aşkar olunub.

Məlumata görə, Gürcü vətəndaşı olan Kvaxadze 2011-ci ildən axtarışdadır. O, istintaq zamanı 12 oğurluq hadisəsini boynuna alıb. Özünün dediyinə görə, əsasən qızıl məmulatları və külli miqdarda pul oğurlayırmış.

Kobanın qurbanı olmuş şəxslərin adları da məlumdur. Bunlar Cəbrayıl Məmmədov (evindən 20 min manat və 40 min manatlıq zinət əşyaları oğurlanıb), Telmana Əliyev (zinət əşyaları oğurlanıb) Baba Əsgərov, Firudin Ağayev, Lətafət Əlişova, Ərəstun Aydəmir, Natiq Əliyev, Vaqif Abdullayev, Hicran Mehdiyeva, Anar Babayev və Süleyman Süleymanovdur. Portalın yaydığı məlumata görə, hazırda onun Rusiya və Gürcüstandakı qurbanlarının da siyahısı hazırlanır. /azadliq.info/