Məşhur rejissor dünyanın dibində - Fotosessiya

meshur-rejissor-dunyanin-dibinde-fotosessiya
Oxunma sayı: 869

Rejissor elm adamlarının böyük marağına səbəb olan nadir işə imza atıb.

“Qafqazinfo”nun xarici mətbuata istinadən xəbərinə görə, okeanın təxminən 11 min metr dərinliyindəki “Mariana Çökəkliyi”nin dibində üç saat keçirən macəraçı rejissorun ilk sözləri “dərinə enmək heç bu qədər yaxşı gəlməmişdi. Nələr gördüyümü sizlərlə paylaşmağa səbirsizlənirəm” olub.

“Titanik” və “Avatar” kimi məşhur filmlərin rejissoru olan C. Kameron şəxsi dənizaltı gəmisilə 10 min 898 metr dərinliyindəki çökəkliyə tək başına enən ilk adam olmaqla yanaşı, həm də çəkəcəyi yeni filmi üçün təkrarsız görüntülər əldə edib.

C. Kameron suya 156 dəqiqəyə enib, 70 dəqiqəyə çıxıb.

Nigar Məmmədli