Məşhur şirkətin əməkdaşını öldürüb, yandırdılar

meshur-sirketin-emekdasini-oldurub-yandirdilar
Oxunma sayı: 667

Milli.Az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Akim Əfəndiyev özünə məxsus bağ evində qətlə yetirilib, sonra isə evə od vurulub.

Qətl barədə məlumat olmamışdan əvvəl evdə yanğın olub. Nəticədə evdəki əşyalar qismən yanıb. Yanğın söndürüldükdən sonra A.Əfəndiyevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Şamaxı Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, A.Əfəndiyev hadisədən əvvəl dostları ilə bağ evinə dincəlməyə gəlib. Onlar yeyib-içəndən sonra hadisə baş verib. Hazırda mərhumun dostları barədə məlumat yoxdur. Qətlin də həmin şəxslərdən biri tərəfindən törədilməsi ehtimal olunur.
Qətli törədənlər izi itirmək üçün evə od vurublar.

Mərhum sağlığında “Azvirt” MMC-də iş icraçısı işləyirdi.