Messi 13 yaşında nə deyib?

messi-13-yasinda-ne-deyib
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki, Argentinalı futbolçu 13 yaşında olarkən yerli qəzetlərin birinin qısa suallarını cavablandırıb. O illərdə “Newells Old Boys” klubunun formasını geyinən Messinin verdiyi cavablardan ən çox diqqət çəkəni isə ən böyük hədəfi ilə bağlı suala “1 nömrə olmaq” cavabını verməsidir.

Bu da Messinin 2000-ci ildə cavablandırdığı suallar:

Kumiri: atası və babası
Sevdiyi məşqçi: bütün məşqçilər
Sevdiyi futbolçu: böyük qardaşı və əmisi oğlu
Sevdiyi komanda: “Newells Old Boys”
Sevdiyi kitab: İncil
Sevdiyi idman növü: həndbol
Sevdiyi manken: Nicole Neumann
Sevdiyi yemək: tamatlı toyuq
Sevdiyi dərs: ədəbiyyat
Ən böyük sevinci: klubunu 10-cu dəfə çempion olması
Ən böyük kədəri: nənəsinin ölümü
Ən böyük təəccübü: “Newells Old Boys”un heyətinə daxil olmaq
Ən böyük hədəfi: 1 nömrə olmaq