Messi tarix yazdı

messi-tarix-yazdi
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi xəbərə görə, argentinalı futbolçu futbol tarixinə bir mövsümdə ən çox qol vuran oyunçu kimi düşüb.

Belə ki, Messi “Barselona” - “Malaqa” görüşündə het-trik etməklə mövsüm ərzində vurduğu topların sayını 68-ə çatdırıb. Bununla 24 yaşlı forvard Herd Müllerə məxsus rekordu yeniləyib. Almaniyalı futbolçu 1972/73 mövsümündə “Bavariya”nın heyətində 49 oyunda 67 dəfə fərqlənmişdi. Messi isə 68 qolu 57 oyunda vurub.

Dünyanın ən yaxşı futbolçusu həm də İspaniya çempionatının bombardirlik yarışında şəriksiz liderə çevrilib. 36 turdan sonra Messinin hesabında 46 top var. Onun ən yaxın izləyicisi Kriştiano Ronaldo isə 44 qol vurub.


Ceyhun Əhmədov