Mətbəə də “Xural”dan imtina etdi

metbee-de-xuraldan-imtina-etdi
Oxunma sayı: 660

Qəzetin baş redaktoru Əvəz Zeynallı “Qafqazinfo”ya bildirib ki, qəzeti çapa apararkən problem yaradılıb. Belə ki, “Xural”ın nəşr olunduğu “Ekspress-Servis” nəşriyyatı qəzeti nəşr etməkdən imtina edib. Ə. Zeynallı bildirib ki, mətbəə rəhbərliyi heç bir açıqlama verməyib. Buna görə də, o “Xural”ın sabah işıq üzü görə bilməyəcəyini qeyd edib.

Ə. Zeynallı onu da bildirib ki, “Ekspress Servis” mətbəəsi ilə bağlı sabah məhkəməyə müraciət edəcək.