Mətbuat Şurasından “Xural” qəzeti ilə bağlı son - qərar

metbuat-surasindan-xural-qezeti-ile-bagli-son-qerar
Oxunma sayı: 932

Modern.az saytının əməkdaşı “Xural” qəzetinin baş redaktoru ilə əlaqə saxlayaraq Mətbuat Şurasının verdiyi qərarla bağlı onun fikirlərini öyrənib. Baş redaktor Əvəz Zeynallı bildirib ki, “Xural” Mətbuat Şurasının bu addımını əsassız hesab edir və quruma qarşı mübarizə aparacaq.

“Şuranı məhkəməyə verəcəyik, ona qarşı kampaniya aparacağıq”-deyən Ə.Zeynallı əlavə edib ki, “Xural” Mətbuat Şurasının heç üzvü deyil:
“Biz Mətbuat Şurasını tanımırıq, bu qurumun üzvü deyilik, tədbirlərində iştirak etməmişik. Onların bizim qəzeti mühakimə etməsi absurddur. Bunun hesabını Mətbuat Şurasına ödədəcəyik”.