Metroda yeni qatarlar istifadəyə verildi - Foto

metroda-yeni-qatarlar-istifadeye-verildi-foto
Oxunma sayı: 650

“Qafqazinfo”nun metro.gov.az saytına istinadən məlumatına görə, istehsalçı müəssisə «V.V.Vorovski adına TMZ» maşınqayırma zavodu iyul ayında ən yaxın tərəfdaşlarından biri olan Bakı metropoliteninin TMk dartı təsərrüfat qatarı üzrə sifarişini yerinə yetirib. Hələ fəaliyyətə başladığı ilk ildə Bakı yeraltı dəmir yollarında Tixoretsk maşınqayırma zavodunun AQMu drezinindən istifadə olunurdu. Həmin maşınlar uzun illər metronun xidmətində dayanır.

Sınaqdan çıxarılmış ümumi istismara verilmiş qatarın üstün cəhətləri onun innovativ təchizatını və kompüter texnologiyalarına söykənməsidir. Onun dartı qüvvəsi də buna qədər istifadə olunmuş analoqu ilə müqayisədə daha çoxdur. Qatarın reversiv işi daha səlis və problemsizdir. Bu funksiya daha mükəmməl işlənib və maşinist üçün də rahatdır. Eyni zamanda, maşinist kabinəsi və qatarın plaftorması da keyfiyyətcə fərqli və daha əlverişlidir. O, maili sərt gedişlərdə, metropolitenin xüsusi çətin sahələrində - «Cəfər Cabbarlı-Xətai» mənzili və «Nizami-İnşaatçılar» sahəsində yoxlanılıb və özünü mükəmməl göstərib.