Metyu Brayza yenidən səfir təyin olundu

metyu-brayza-yeniden-sefir-teyin-olundu
Oxunma sayı: 667

Bu açıqlama “Media forum” saytına ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilib.

Açıqlamada qeyd olunur ki, prezident Barak Obama 2010-cu il dekabrın sonunda konstitusiyanın verdiyi hüquq və səlahiyyətdən istifadə edərək Metyu Brayzanı Azərbaycana səfir təyin edib : “Metyu Brayzanın təyinatı Senatın bu ilin dekabrında başlayacaq sessiyasına qədər qüvvədədir. Dekabrın sonunda Senatın sessiyası baş tutacaq. Prezident Barak Obama Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayzanın bu vəzifəyə təsdiq olunması üçün onun namizədliyini Senata təqdim edib. Senat bu ilin sonunadək Metyu Brayzanın namizədliyi ilə bağlı qərar qəbul etməldir”.

Diplomatik nümayəndəlikdən bildirilib ki, Metyu Brayza Bakıdadır və ABŞ-ın Azərbaycandakı səfiri kimi fəaliyyətini davam etdirir.