Məzahir Pənahov Gürcüstandakı seçkiləri izləməyə gedib

mezahir-penahov-gurcustandaki-seckileri-izlemeye-gedib
Oxunma sayı: 647

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Məzahir Pənahov Azərbaycandan gələn geniş tərkibli nümayəndə heyətinin Gürcüstanda seçkiləri müşahidə edəcəyini bildirib:

“Gürcüstana bu ölkənin Mərkəzi Seçki Komissiyasının dəvəti ilə gəlmişik. Seçkiləri izləmək üçün Azərbaycandan müxtəlif təşkilatların da təmsilçisi kimi gələnlər var. Ümumilikdə ən geniş namyəndə heyəti Azərbaycandan gəlib. Bu da təbiidir. Çünki Azərbaycanla Gürcüstan arasında əlaqələr getdikcə möhkəmlənir, münasibətlər yüksək səviyyədə qurulur. Biz sabahkı seçkiləri müşahidə edərkən, imkan daxilində azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də olmağa çalışacağıq”.