Milan Baroş “Qalatasaray”dan gedir

milan-baros-qalatasaraydan-gedir
Oxunma sayı: 685

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, çexiyalı futbolçu “Eskişehirspor” oyununda 90 dəqiqə ehtiyat oyunçular skamyasında qalmağına etiraz edib. Transferin bitməsinə saatlar qalmış Qatara getmək üçün milli komandanın düşərgəsini tərk edib İstanbula gələn, lakin texniki heyətdən veto alan Baroşun bu dəfə qəti olaraq ayrılmaq istədiyi və Yattaranın “əl-Şahab” komandası ilə təmasda olduğu müəyyən edilib. Qatar komandasının Baroşa illik 4 milyon avro ayırdığı öyrənilib. “Qalatasaray”dan 2,8 milyon avro alan futbolçunun təklifə müsbət yanaşdığı xəbər verilir.