Millət vəkili çimərlikdə yaxalandı – Fotolar

millet-vekili-cimerlikde-yaxalandi-fotolar
Oxunma sayı: 657

Türkiyə Böyük Millət Məclisinin kürd əsilli millət vəkili Bengi Yıdız Bodrumda çimərlikdə jurnalistlərə yaxalanıb. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Barış və Demokrasi Partiyasından (SDP) olan Bengi Yıldız Bodrumda bir qadınla istirahət edərkən obyektivlərə tuş gəlib. Millət vəkilinin ətrafa nəzarət etməsi də jurnalistlərin diqqətindən yayınmayıb.

Məlumat üçün bildirək ki, Bengi Yıldız Demokratik Muxtariyyət qərarını imzalayanlardan biridir. Belə ki, Türkiyənin Diyarbəkir vilayətində Demokratik Cəmiyyət Konqresi adlanan qrup Demokratik Muxtariyyət elan edib və bir çox BDP-lilər kimi B. Yıldız da bu qərarı imzalayıb.

Onu da qeyd edək ki, bundan əvvəl B. Yıldız Novruz bayramında polislərə daş atması ilə gündəmə gəlmişdi.

Fatimə Kərimli