Millət vəkili Türkiyə mediasında

millet-vekili-turkiye-mediasinda
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, dünya Siyasət Forumu kimi mötəbər bir tədbirin İstanbulda keçirilməsinin əhəmiyyətinə toxunan millət vəkili “Siyasətdə Qadın” və “Ailəni geri qazanmaq üçün Mədəniyyətlər İttifaqı” mövzusundakı sessiyalarda çıxışları və Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması, ailə institutunun qorunub saxlanması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb.

Q. Paşayeva müsahibəsində Avropada və dünyada tolerantlığın, dözümlülüyün, xoşgörünün getdikcə azalmasının hamını, xüsusilə gəncləri ciddi narahat etməli olduğunu bildirib.

Avropada bəzi güclərin, siyasətçilərin irqçi düşüncələr altında siyasət yürütməyə başladığını deyən millət vəkili bunun Avropanın gələcəyi üçün mənfi nəticələr göstərə biləcəyini deyib.

O, məhz Ermənistanda dövlət səviyyəsində aparılan bu siyasət nəticəsində Ermənistandan 100 minlərlə azərbaycanlının öz tarixi vətənindən, ev-eşiyindən qovularaq qaçqına çevrildiyini vurğulayıb.

Millət vəkili müsahibəsində eyni zamanda bu il Şuşa və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ilinin tamam olduğunu diqqətə çatdırıb və Ermənistanın bu ərazilərdə, o cümlədən işğal etdiyi digər Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlıların milli-mədəni irs abidələrinin, qəbiristanlıqlarının dağıdılması, dinc əhaliyə qarşı apardığı soyqırımlar haqqında da danışıb.