Millət vəkili Türkiyə qəzetlərinə Xocalı soyqırımından danışdı

millet-vekili-turkiye-qezetlerine-xocali-soyqirimindan-danisdi-
Oxunma sayı: 671

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili müsahibəsində bildirib ki, Azərbaycan dövləti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımın dünya ictimaiyyətinə çatdırılması və qəbul olunması istiqamətində fəaliyyəti daha da genişləndirir. Azərbaycan xalqı Fransa Senatının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qərara öz etirazını nümayiş etdirməklə yanaşı, əslində türklərin ermənilərə deyil, ermənilərin türklərə qarşı soyqırım həyata keçirdiyini beynəlxalq içtimaiyyədə daha geniş çatdırmaqla, həm Xocalı Soyqırımının tanınmasına və onu törədənlərin cəzalandırılmasına çalışır və eyni zamanda bununla ermənilərin yalanlarına və bundan siyasi maraqlar üçün istifadə edən ölkələrin təbliğatlarına və qərarlarına qarşı mübarizə aparır. Millət vəkili Qənirə Paşayeva Azərbaycan dövləti və xalqının qardaş Türkiyəni dəstəklədiyini, onun yanında olduğunu və Fransa parlamentinin əsassız qərarına sərt etiraz etdiyini də diqqətə çatdırıb. Millət vəkili Fransanın ATƏT-in Minsk qrupu həmsədri olmaq haqqını artıq itirdiyini də deyib.

Millət vəkili Xocalı Soyqırımının 20 illiyi münasibəti ilə İstanbulun mərkəzi yerlərindən birində mitinq-yürüş keçirilməsi məsələsi ilə bağlı suala da aydınlıq gətirib. O, deyib ki, Xocalıya ədalət tələb edən bu mitinq-yürüşdə Türkiyə və Azərbaycan bir millət iki dövlət olaraq birlikdə beynəlxalq ictiamiyyətin diqqətini bir daha Xocalı Soyqırımına, Qarabağ probleminə yönəldə bilər.” Biz bu tədbirdə birlik və bərabərliyimizi bir daha hər kəsə göstərməklə yanaşı, əslində gerçək soyqırımı ermənilərin törətdiyini geniş şəkildə beynəlxalq ictimaiyyətə duyura bilərik. Bu həm də tarixdə olmayan soyqırımları öz maraqları naminə soyqırım kimi qəbul edənlərə tutarlı bir cavab olar”, - Q. Paşayeva deyib.


http://www.aksam.com.tr/azerbaycan,-turkiye-icin-her-yolu-deneyecek--96167h.html


http://www.yenicaggazetesi.com.tr/yg/habergoster.php?haber=62785


http://www.todayszaman.com/news-270135-azerbaijanis-planning-to-organize-rally-in-central-istanbul.html#.Tym1Vpu6q44.facebook