Millət vəkili vəfat etdi

millet-vekili-vefat-etdi
Oxunma sayı: 691

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ordu vilayətindən millət vəkili Harun Çakır vəfat edib. İnfarkt keçirən Çakırın xəstəxaya çatdırıldığı, bütün tibbi müdaxilələrə baxmayaraq öldüyü bildirilir. Millət vəkilinin vəfat xəbəri ilə xəstəxanaya gedən baş nazir Rəcəb Tayyib Ərdoğan səhiyyə naziri Rəcəb Akdağdan məlumat alıb.

Qeyd edək ki, 1954-cü ildə Ordu şəhərində dünyaya gələn Harun Çakır ailəli və iki övlad sahibidir.