Millət vəkilinin 3 minlik çantası ölkəni qarışdırdı - Fotolar

millet-vekilinin-3-minlik-cantasi-olkeni-qarisdirdi-fotolar
Oxunma sayı: 654

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, deputatın 3 min lirəlik (təxminən 1500 AZN) çanta götürməsi Türkiyə mediasında tənqid edilib. Lakin daha sonra deputat mətbuata açıqlamasında bildirib ki, çantanı Bodrumdan 60 lirəyə (təxminən 30 AZN) alıb, yəni onun götürdüyü çanta saxtadır.

Aysel Tuğluk bu açıqlaması ilə “Louis Vuitton”un Parisdəki ofisinin diqqətini çəkib.
“Louis Vuitton” Türkiyədə 2001-ci ildə qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə yaradılan Qeydiyyatda olan Markalar Dərnəyinin (TMd) fəal üzvü olaraq Aysel tuğlukla bağlı xəbərləri Türkiyədən istəyib.

Türkiyə qanunlarına görə, saxta malı alan və istifadə edən şəxsə qarşı heç bir cinayət sanksiyası tətbiq olunmur. Lakin qanuna görə, istehlakçı bu malı haradan aldığını deməyə məcburdur. Dərnək də bu qanunu nəzərə alaraq Türkiyədə məhkəmə qərarı ilə axtarışlara başlayıb.

Aynur