Milli Dirçəliş Hərəkatı “Azadlıq” qəzetinə cavab verdi

milli-dircelis-herekati-azadliq-qezetine-cavab-verdi
Oxunma sayı: 839

Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, N. Güləhmədoğlu öz yazısında Milli Dirçəliş Hərəkatının sədri, Millət Vəkili Fərəc Quliyevi “ağalarının” göstərişi ilə gərəksiz və əsassız fikirlərlə ittiham edib: ““Azadlıq” qəzetinin rəhbərlərinin gündə bir əxlaqsız hərəkətlərlə televiziyalarda və Kütləvi İnformasiya Vasitələrində görsənmələri bu insanların kimliyini göstərir. Əslində bu tip adamlara “yazarlara” cavab vermirik. “AXCP”ni şantaj və mantajla ələ keçirən Əli Kərimlinin kimliyi bizə məlumdur. Qrant almaq üçün bu hay-küyçulər heç bir milli dəyər və əxlaq anlamır, anlamaqları da mümkün deyil. Fərəc Quliyev Elçibəy yoluna və millətə sadiqdir, sədaqətlə yolunu davam etməkdədir. Bu kimləri isə qorxutmasın. Milli Dirçəliş Hərəkatının sədri, Millət Vəkili Fərəc Quliyevin yüksələn nüfuzu, millətin sabahı üçün cızdığı doğru strategiya, sonunadək “radikal” müxalifət deyilən “ayrıl-birləş” qrupunun yalançı gözboyama, qrantalma və milləti aldatma xəttini pozur və pazacaq”.