Saytın redaksiyasından “Qafqazinfo”ya verilən məlumata görə, resursda növbəti yenilik “Kino” bölməsində edilir. Son təkmilləşdirmə internet istifadəçilərinə Azərbaycan filmlərini yalnız bir sayt vasitəsilə izləmək imkanı yaradacaq. “Kino” bölməsinin “Filmlər” linkində daha böyük miqyaslı yenilənmələrə başlanılıb. İstifadəçilər www.azerbaijans.com saytı vasitəsilə klassik Azərbaycan kino salnaməsini rahatlıqla izləmək imkanı əldə edəcəklər.
Linkə tammetrajlı, qısametrajlı və sənədli Azərbaycan filmləri daxil edilir. 248 tammetrajlı Azərbaycan filmindən artıq 238-i sayta yerləşdirilib.
Ensiklopediya özündə filmlərlə yanaşı, onlar haqqında məlumatlar da yer alıb. İstifadəçilər burada filmlərin istehsal ili, ssenari müəllifi, rejissoru, dili, janrı və hətta rəngi haqqında da məlumatları əldə edə bilərlər.