Milli Məclis bu payız nə iş görəcək?

milli-meclis-bu-payiz-ne-is-gorecek
Oxunma sayı: 701

Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planına aşağıdakı qanun layihələrinin müzakirəsi daxil edilib:

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvercilik prinsipi qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihəsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin layihəsi, "Təhsil krediti haqqında" qanun layihəsi, "Hərbi vəzifələr və hərbi xidmət haqqında" qanun layihəsi, "Həbs yerlərində saxlanan şəxslərin hüquq və azadlıqlarını təmin edilməsi haqqında" qanun layihəsi, "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi, "Mədəni bitkilər, genetik ehtiyatların mühafizəsi, səmərəli istifadəsi haqqında" qanun layihəsi, "Bələdiyyələrin hesabatları haqqında" qanun layihəsi, "Azərbaycan Respublikası inzibati ərazi bölgüsünə görə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi, "Ali təhsil haqqında" qanun layihəsi, "Elm siyasəti haqqında" qanun layihəsi, "Sosial xidmət haqqında" qanun layihəsi, "Pasiyentin hüquqları haqqında" qanun layihəsi, "Mədəniyyət haqqında" qanun layihəsi, "Muğam sənəti haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasının qanunlarına dəyişiklər və əlavələr edilməsi haqqında" qanun layihəsi.

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.