Milli Məclisdə dinləmələr başladı

milli-meclisde-dinlemeler-basladi-
Oxunma sayı: 669

Oktyabrın 18-də Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş iclasında danışan müxalif deputat Fazil Mustafa deyib ki, xalqın yalnız bir hissəsi müstəqilliyə nail olub: “35 milyonluq Azərbaycan xalqının digər hissəsi də bir vaxt müstəqilliyə nail olacaq”.

“Media forum” saytının məlumatına görə, Fazil Mustafa qeyd edib ki, müstəqilliyə səs verənlərlə verməyənləri ayrımaq lazım deyil: “Yaxşı olardı ki, Milli Məclisin iclasına o dövrdə müstəqilliyə səs vermiş, indi radikal müxalifətdə olanları da dəvət edəydik. O zaman müstəqilliyin əldə olunmasına səs verənlərə, onların ailələrinə prezident təqaüdünün verilməsi də müsbət olardı».

Digər müxalif deputat İqbal Ağazadə çıxışında deyib: “Mən çox istərdim ki, ölkədə vətəndaş sülhü və barış cəmiyyəti yaratmaqla Azərbaycan ərazilərini işğaldan azad edək. Çox istərdim ki, 1991-ci ildə müstəqillikdə rolu olanlara da “İstiqlal” ordeni verilsin. Bütün problemləri bir massa arxasında çözə biləcək iqtidar-müxalifət birliyi yaransın”.

Deputat Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban Əliyevadan xahiş edib ki, həbsdə olanlara amnistiya verilməsi təklifi ilə çıxış etsin, Arif Hacılı, Bəxtiyar Hacıyev və Cabbar Savalanlı daxil olmaqla siyasi məhbuslar həbsdən azad olunsun”.