Milli Məclislə Xarici İşlər Nazirliyinin əməkdaşları əlbəyaxa oldu – Eksklüziv

<b>Milli Məclislə Xarici İşlər Nazirliyinin əməkdaşları əlbəyaxa oldu –<font color=red> Eksklüziv </b></font>
Oxunma sayı: 148




Dünən parlamentin təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kubokunun ilk yarımfinal qarşılaşması baş tutub. “Qafqazinfo”nun məlumatına görə, ilk yarımfinalda Xarici İşlər Nazirliyinin futbol komandası ilə Milli Məclis Aparatının futbol komandası qarşılaşıb. əvvəlcə sakit tərzdə keçən qarşılamada ilk qoldan sonra vəziyyət dəyişib. Milli Məclisin sektor müdiri, komandanın hücumçusu Adil Vəliyevin vurduğu mükəmməl qol sayəsində parlament irəli keçib. Bu qoldan dərhal sonra oyunçuların əsəbləri gərginləşib və tez-tez fasilələr yaranmağa başlayıb. Oyunu idarə edən hakim hər iki komandadan 7 oyunçuya sarı vərəqə göstərib.

Lakin bunun da nəticəsi olmayıb. Oyun 3:1 Milli Məclisin hesabına başa çatıb. Oyun qurtaran kimi hər iki komandanın oyunçuları əsəblərini cilovlaya bilməyərək əlbəyaxa olublar. Belə demək mümkünsə əsl oyun başlayıb və tərəflər bir-birini ölüncə döyüblər. Qanunverici orqan tərəfdən davada iştirak edən Emin adlı şəxs diplomatların təmsilçisini bir zərbə ilə yerə sərib. Lakin az keçmədən cavabını alıb və güclü bir yumruq zərbəsi ilə özündən gedib.

Hadisənin şahidlərinin bildirdiyinə görə, əlbəyaxa davada qan su yerinə axıb və tərəfləri təxminən yarım saat sakitləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, final qarşılaması iyunun 15-də baş tutacaq. Sabahkı növbəti yarımfinalın qalibi Milli Məclislə oynayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi