Milli Ordunun əsgəri intihar etdi

milli-ordunun-esgeri-intihar-etdi
Oxunma sayı: 686

Azərbaycan Ordusunun əsgəri intihar edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyinin Füzuli rayonundakı “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 1992-ci il təvəllüdlü Elmir Adil oğlu Kərimov avtomat silahla özünə atəş açaraq intihar edib.

İlkin məlumata əsasən əsgər ailəsində yaranmış problemdən sarsıntı keçirərək bu addımı atıb. Lakin intiharın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.