Milyarder arvadı Saakaşvilini məhkəməyə verdi

milyarder-arvadi-saakasvilini-mehkemeye-verdi
Oxunma sayı: 660

Gürcü milyarder Bidzini İvanişvilinin arvadı Yekatrina Xvedelidze prezident Mixail Saarkaşvilini məhkəməyə verib. O, 20 min lari (12 min dollar) mənəvi təzminat tələb edir. İttihamın səbəbi Mixail Saarkaşvilinin əmri ilə İvanişvili və arvadının Gürcüstan keçən il Gürcüstan vətəndaşlığından məhrum edilməsidir. Belə qərarın qəbul edilməsinə səbəb onların başqa dövlətin vətəndaşlığını qəbul etməsi olub. İvanişvili Gürcüstan vətəndaşlığını 2004-də qəbul etmişdi. O, o zaman Rusiya pasportuna sahib idi. Daha sonra Fransa pasportunu da alması onun Gürcüstan vətəndaşlığından məhrum olmasına səbəb kimi göstərilib.

İvanişvili uzun illər Rusiya və Gürcüstanda bizneslə məşğul olub və siyasətdən uzaq durub. Ancaq 2011-ci ilin payızında o, siyasətə qatıldığını bəyan etdi. Mixail Saarkaşvilinin istefasını tələb edərək yeni partiya yaradacağını elan etdi. İvanişvili spiker və ya baş nazir olmaq arzusunu da bildirmişdi. Forbes jurnalı 2011-ci ildə onun varidatını 5.5 milyard dollar dəyərində qiymətləndirmişdi.

azadliq.info