Milyarder Putinə sərt xəbərdarlıq etdi

milyarder-putine-sert-xeberdarliq-etdi
Oxunma sayı: 637

Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putinə milyarder rəqib gəlir. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Mixayil Proxorov yenidən siyasətə qayıtmaq niyyətində olduğunu bəyan edib: “Mən sizi məyus etməməyə çalışacağam. Həyatımın ən mühüm qərarını qəbul etmişəm”.

Proxorov seçkilərə özünün yeni proqramı ilə qatılacağını bildirib. Oliqarx bildirib ki, onun kampaniyası digərlərindən orijinal və əla olacaq. O, jurnalistlərlə də məhdud şəkildə ünsiyyətdə olacağını bildirməklə onların marağını qazana bilib.

Milyarder, həmçinin prezident kampaniyasının gedişində yeni partiya yaradacağını da istisna etməyib.