Minsk Qrupundan xəbər var

minsk-qrupundan-xeber-var
Oxunma sayı: 652

“Qafqazinfo” xəbər verir ki, ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik ATƏT-in Nazirlər Şurasının dekabr ayında Vilnüsdə keçiriləcək toplantısı ilə bağlı fəaliyyət proqramlarını müzakirə etmək və əlaqələndirmək məqsədilə sentyabrın 7-də Vyanada bir araya gəliblər.

Həmsədrlər, həmçinin Minsk qrupuna üzv dövlətlərin təmsilçilərini həmsədr ölkələrin hökumətlərinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tərəflərlə apardığı davamlı yüksək səviyyəli fəaliyyəti, eləcə də atəşkəs rejimini gücləndirmək və geniş əhatəli sülh sazişi üçün çərçivə rolunu oynayan Baza Prinsiplərinin razılaşdırılmasına nail olmaq istiqamətində konkret səylər barədə məlumatlandırıblar.

Sentyabrın 8-də isə həmsədrlər sülh prosesinin bu və digər aspektlərini müzakirə etmək üçün ATƏT-in baş katibi Lamberto Zannyer ilə görüşüblər.

AzərTac