Mirmahmud Mirəlioğlunun alternativi kim olacaq?

mirmahmud-mirelioglunun-alternativi-kim-olacaq
Oxunma sayı: 755

“Qafqazinfo”nun məlumatına görə, qurultay Hüseynqulu Sarabski adına mədəniyyət evində baş tutacaq. 300-ə yaxın partiya nümayəndəsinin iştirak edəcəyi qurultay saat 09:00-da Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi ilə başlayacaq. Saat 10:00-da iştirakçıların qeydiyyatı aparılacaq və 11:00-da qurultay öz işinə başlayacaq.

Mirmahmud Mirəlioğlunun partiya sədrliyinə yenidən namizəd olacağı bildirilsə də, başqa namizədlərin kim olacağı məlum deyil. Qurultayda sürpriz namizədin ortaya çıxacağı da ehtimal olunur.

Qurultayda qonaq qismində bir çox ziyalıların, QHT nümayəndələrinin və siyasi partiyaların iştirakı gözlənilir.

Fatimə Kərimli