Mirşahin Ağayevlə bağlı məsələyə aydınlıq gətirildi

mirsahin-agayevle-bagli-meseleye-aydinliq-getirildi-
Oxunma sayı: 633

Bu barədə “Qafqazinfo”ya ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov məlumat verib. M. Məmmədov deyib ki, M. Ağayev iki həftəlik məzuniyyət götürüb: “Məzuniyyətdə olduğu müddətdə baş redaktorun səlahiyyətlərini Sevinc Osmanqızı yerinə yetirəcək. Sevincin bu işi həyata keçirmək üçün namizədliyini də Mirşahin özü irəli sürüb”. M. Məmmədov bildirib ki, iki həftədən sonra M. Ağayev yenidən baş redaktor səlahiyyətlərini icra edəcək.

Xatırladaq ki, ötən gün “Qafqazinfo”ya ANS televiziyasında kadr dəyişikliyinin baş verməsi barədə məlumat daxil olmuşdu. Məlumatda bildirilirdi ki, ANS-in prezidenti Vahid Mustafayevin əmri ilə televiziyanın Xəbərlər Xidmətinin baş redaktoru vəzifəsini icra edən Mirşahin Ağayev bu vəzifəsindən azad edilib. Onun yerinə şirkətin digər əməkdaşı, regionlar üzrə məsul şəxs olan Sevinc Osmanqızının təyin edildiyi bildirilirdi.