Mişel Obamaya sui-qəsd hazırlanıb

misel-obamaya-sui-qesd-hazirlanib
Oxunma sayı: 644

"Qafqazinfo"nun xarici mətbuata əsasən yaydığı məlumata görə, ABŞ-ın birinci xanımı az qala sui-qəsd qurbanı olacaqmış. Ağ Evin mühafizə xidmətində olan polislərdən biri həmkarlarına ilk fürsətdə Mişel Obamanı öldürəcəyini deyib. Hətta adı açıqlanmayan həmin polis mobil telefonu vasitəsiylə birinci ledini öldürəcəyi silahın da şəkilini göstərib. Əvvəlcə bunu ciddi qəbul etməyən mühafizə xidmətinin əməkdaşları dərhal xüsusi xidmət orqanlarına xəbər veriblər. Şübhəli şəxs polis tərəfindən tutulub.

Raminə