Misir Mərdanov çemodan əhval-ruhiyyəsində

misir-merdanov-cemodan-ehval-ruhiyyesinde
Oxunma sayı: 689

"O gün qəzetlərdən birində yazıblar ki, nazirin də 65 yaşı var. O niyə çıxmır? Əgər məsləhət olarsa, nazir də vəzifəsindən getməyə hazırdır. Vəzifə heç kəs üçün əbədi deyil". “Qafqazinfo”nun məlumatına görə, Misir Mərdanov deyib ki, o vəzifədən getməyə hazırdır. Mərdanov əvəzedilməz nazir olmadığını da deyib: “Hesab etmirəm ki, əvəzedilməz adamam. Heç kəs özünün vəzifəsindən getməsini faciə hesab etməməlidir”.

Xatırladaq ki, iki gün əvvəl “Qafqazinfo” təhsil nazirinin vaxtına bir ay qaldığını yazmışdı. Belə ki, oktyabrın 3-də təhsil nazirinin 65 yaşı tamam olur. 1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışan M. Mərdanovun qanunun tələbinə uyğun olaraq təqaüdə göndəriləcəyi gözlənilir.