Misir Mərdanova “ölkəyə qayıtma” mesajı - Şok

misir-merdanova-olkeye-qayitma-mesaji-sok
Oxunma sayı: 638





Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Təhsil Nazirliyində kütləvi yoxlamalara başlayıb. Bu barədə məlumat “Qafqazinfo”ya sözügedən nazirlikdən daxil olub. Məlumata görə, aparılan yoxlamalar nəticəsində ciddi korrupsiya faktları aşkarlanıb. Bu barədə məlumatlar hazırlanaraq ölkənin ali rəhbərliyinə təqdim edilib. Məlumatlara görə, yoxlamaların nəticəsi olaraq ortaya çıxan faktlar Bakı Şəhər Baş Təhsil İdarəsinin taleyini şübhə altına alıb. Belə ki, artıq bu qurumun ləğv edilməsi haqqında göstərişlər verilib və qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Məlumatı redaksiyamıza təqdim edən mənbənin sözlərinə görə, Təhsil Nazirliyində aşkarlanan bu korrupsiya faktları yüksək səviyyələrdə də ciddi etirazlara səbəb olub və yoxlama aparan qurumun səlahiyyətli şəxslərinə ciddi şəkildə işləmək tapşırılıb. Maraqlıdır ki, proses təhsil naziri Misir Mərdanovun ölkədə olmadığı bir vaxta baş verir. Hazırda xarici ölkələrdən birində istirahətdə olan Misir Mərdanov da yoxlamalardan xəbərdardır. Hətta nazirə yoxlamaların nəticəsinin ciddi reaksiyalar yaradacağını bilən şəxslər tərəfindən “ölkəyə qayıtma” mesajının verildiyi də bildirilir.

Qeyd edək ki, ötən ayın əvvəllərində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdir müavini Orxan Kərimov və bir neçə şəxs həbs edilib. Onlara qarşı artıq ittiham da irəli sürülüb.

Elə hazırkı yoxlamaların da həbslərdən sonra aşkarlan faktlarla bağlı olduğu bildirilir.

Təhsil Nazirliyinin məsələ ilə bağlı mövqeyini verməyə hazırıq.