Misir Mərdanovdan yeni təşəbbüs

misir-merdanovdan-yeni-tesebbus
Oxunma sayı: 652

Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

"Azərbaycanda "Təhsil haqqında" qanun hazırlanarkən biz ciddi səylə çalışdıq ki, 12 illik təhsilə keçək. Təəssüf ki, o zaman bu, baş vermədi. Lakin indi hamı görür ki, dünyanın 90 faiz ölkələrində 12 illk təhsil sistemi tətbiq olunur", - nazir deyib.

Onun sözlərinə görə, keçiddən sonra dünya təhsil sisteminə inteqrasiya istiqamətində iş gedəcək.

"Məsələn, bu gün Azərbaycanda tam orta təhsilin müddəti 11, Gürcüstanda isə 12 ildir. Orada olan azərbaycanlıların problemi ortaya çıxır", - Mərdanov deyib.

Nazir həmçinin qeyd edib ki, 12 illik təhsilə keçiddən sonra ümumi orta təhsilin məzmununa dəyişiklik ediləcək.

"10 illik təhsil məcburi olacaq, sonrakı 2 il isə ali məktəbə qəbul olunmaq istəyənlər üçün olacaq", - o deyib.

Mərdanov hesab edir ki, bu repetitor problemini də həll edəcək.