Misir Mərdanovun tələbi

misir-merdanovun-telebi
Oxunma sayı: 645

Qafqazinfo xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda təkliflər Nazirlər Kabinetindədir:“Burada müəyyən ekspertiza keçirildikdən sonra müvafiq qərar veriləcək. Müəllimlərə hazırda bu və ya digər dövlət idarələrində çalışan dövlət qulluqçularının statusuna yaxın bir status verilməlidir. Burada bütün məsələlər öz əksini tapmalıdır. Bizim müəllim nüfuzunu qaldırmaqdan savayı yolumuz yoxdur. Burada müəllimlərin sosial müdafiəsi və digər məsələlər də öz əksini tapmalıdır”.

Nazir bildirib ki, bu status yaş senzi ilə əlaqədar olaraq işdən çıxarılan müəllimlərə də şamil ediləcək.