Misir Mərdanovun vaxtına bir ay qaldı

misir-merdanovun-vaxtina-bir-ay-qaldi
Oxunma sayı: 666



Bu gün gündəmdə ən çox müzakirə olunan məsələlrdən biri də dövlət qulluğunda çalışan 65 yaşdan yuxarı şəxslərin təqüdə göndərilməsidir. Bu məsələ ilə bağlı daha böyük narahatçılıq keçirən isə müəllimlərdir. Çünki böyük müəllim ordusunun təqüdə göndəriləcəyi gözlənilir. Ötən gün təhsil naziri Misir Mərdarov da bununla bağlı açıqlama verib və bildirib ki, təhsil sistemində 65 yaşdan yuxarı 17 minə qədər insan çalışır. O, həmin şəxslərin təqüdə göndəriləcəyini bildirib.

Amma maraqlı bir məqam ortaya çıxıb. “Qafqazinfo” xəbər verir ki, bir ay sonra – oktyabrın 3-də təhsil naziri Misir Mərdanovun özünün də 65 yaşı tamam olur. Arayış verək ki, M. Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub. 1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışır. 65 yaşı olan şəxslərin təqaüdə göndrildiyini nəzərə alsaq, o zaman M. Mərdanovun bir ay sonra təhsil naziri vəzifəsindən gedəcəyini söyləmək olar. Təbii ki, qanunda nəzərdə tutulan istisnalar tətbiq olunmasa...