Misir mətbuatı Xocalı faciəsindən yazdı

misir-metbuati-xocali-faciesinden-yazdi
Oxunma sayı: 637

“Qafqazinfo”nun “AzərTAc”-a istinadən verdiyi məlumata görə, jurnalist Məhəmməd Sələmənin müəllifi olduğu məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Ermənistanın ölkəmizə qarşı məkrli planlarından, erməni millətçiləri tərəfindən həyata keçirilən Sumqayıt hadisələrindən bəhs olunub.

Müəllif bu hadisələrin əsas fiqurlarının erməni əsilli Sumqayıt sakini Edvard Qriqoryan olduğunu xatırladır, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi elan edilməmiş müharibə zamanı törədilən qətllərdən və Xocalı soyqırımından yazır. Məqalədə ermənilərin Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri barədə dəqiq faktlar və rəqəmlər əsasında ətraflı məlumat verilib, ölkəmizin münaqişə ilə bağlı ədalətli mövqeyi əks olunub.