Misirin yeni prezidenti kimdir? - Fotolar

misirin-yeni-prezidenti-kimdir-fotolar
Oxunma sayı: 651

2011-ci il aprelin 30-da Misirdə baş verən inqilabdan sonra “Müsəlman qardaşları” tərəfindən yaradılan “Azadlıq və Ədalət” partiyasının sədridir. Prezident Qahirə universitetini mühəndislik ixtisası ilə bitirib. 1982-ci ildə Cənubi Kaliforniya universitetində mühəndislik üzrə doktorluq dərəcəsi alıb. Təhsilini başa vurduqdan sonra 1985-ci ilə qədər Kaliforniya dövlət universitetində professor assisenti işləyir. 1985-ci ildə Misirə qayıdan Mursi universitetlərdən birində dərs deyir. Onun 5 uşağından ikisi Kaliforniyada doğulub və ABŞ vətəndaşlarıdırlar.

1978-ci ildə Najla Mahmudla ailə qurub. O, Məhəmməd Mursinin əmisi qızıdır. Bu nikahdan onların 5 uşaqları var: oğlu Əhməd, Usama, Ömər, Abdulla və yeganə qızı Şima. Məhəmməd Mursinin 3 nəvəsi var.

Böyük oğlu Əhməd Mursi Səudiyyə Ərəbistanında həkim işləyir.

Qızı Şima Zakazika universitetində təhsil alıb. Həyat yoldaşı həkim Əbdürrəhman Fəhmi isə eyni universitetdə tibdən dərs deyib.

Usama vəkillik fəaliyyəti ilə məşğuldur.

Ömər iqtisadiyyat fakültəsinin son kursunda oxuyur.

Abdulla isə orta məktəb şagirdidir.